Əsas məzmuna keç
info@etehsil.azDaxil ol

Şəffaf qiymət, gizli maddə yoxdur

Yalnız aktiv tələbələrə görə ödəyirsiniz. Paket seçimi, əlavə lisenziya, quraşdırma haqqı yoxdur.

Neçə tələbəniz varsa, o qədər xidmət haqqı ödəyirsiniz

Paket seçimi, əlavə lisenziya, illik öhdəlik yoxdur.

Xidmət haqqı

5

aktiv tələbə / ay

Dərs ödənişlərindən 0% komissiya — kassadan keçən pul 100% sizindir.

  • Tələbə yoxdursa, ödəmirsiniz
  • Bütün modullar daxildir. Əlavə paket yoxdur
  • Balans artırılır, tələbə əlavə edəndən sonra xidmət haqqı balansdan tutulur
Pulsuz başla

0%Dərs pulundan komissiya

Tələbədən aldığınız dərs haqqı tam sizindir. Biz yalnız tələbə başına xidmət haqqı alırıq.

10+Modul, hamısı daxil

Kassa, imtahan, cədvəl, müqavilə, valideyn paneli hamısı birlikdə. Əlavə paket seçimi yoxdur.

5 dəqQeydiyyatdan keçin

Server, texniki komanda, əlavə quraşdırma haqqı lazım deyil. Hesab açıb işə başlayırsınız.

Qiymətlə bağlı suallar

Köhnə sistemdən və ya Excel-dən necə keçim?
Tələbə və qrup siyahınızı köçürməyə kömək edirik. Keçid müddətində köhnə üsulla paralel işləyə bilərsiniz. Bu müddətdə heç bir məlumat itmir.
Qiymət necə hesablanır?
Yalnız aktiv tələbələrə görə. Hər aktiv tələbə bir xidmətə qoşulduqda ayda 5 AZN sistemin xidmət haqqı tutulur.
Dərs ödənişlərindən komissiya tutulur?
Xeyr. Tələbələrdən yığdığınız dərs haqqı tamamilə sizindir. Tələbə başına bir xidmət üçün sistem haqqı aylıq 5 AZN-dir.
Məlumatlarımız təhlükəsizdirmi?
Hər mərkəzin məlumatı ayrıca saxlanılır və yalnız icazə verdiyiniz işçilər görür. Giriş iki mərhələli təsdiqlə qoruna bilər.
Valideynlər proqram yükləməlidirmi?
Xeyr. Valideyn ona göndərilən linkə girib PIN yazır və daxil olur. Əlavə proqram yükləmir və qeydiyyat da tələb olunmur.
Fərdi müəllim olaraq fəaliyyət göstərirəm, mərkəzim yoxdur. Bu proqramdan istifadə edə bilərəm?
Bəli. Fərdi müəllimlər eyni imkanlardan istifadə edir: qruplar, cədvəl, davamiyyət, ödəniş izləmə və imtahanlar.