İmtahanı sistem özü qurur
Mövzu və çətinlik qaydasını yazırsınız — suallar hovuzdan avtomatik seçilir. Hər tələbəyə təkrarsız variant, imtahandan sonra isə hazır analiz.

İmtahan hazırlamaq niyə bu qədər vaxt aparır?
Hər imtahan üçün sualları əl ilə seçib Word-də yığmaq saatlar aparır.
Eyni auditoriyada oturan tələbələrə fərqli variant lazımdır — əl ilə hazırlamaq demək olar mümkün deyil.
İmtahandan sonra kimin hansı mövzuda zəif olduğunu bilmək üçün vərəqləri təkrar nəzərdən keçirmək lazımdır.
Sual bankından nəticə analizinə qədər
- 01
Sual bankı qurulur
Suallar mövzu, çətinlik və tipə görə saxlanılır; şəkil də əlavə olunur.

- 02
Qayda yazılır
Hansı mövzudan neçə sual, hansı çətinlikdə — bir dəfə təyin olunur.

- 03
Variantlar yaranır
Sistem hovuzdan seçir; bir imtahandan təkrarsız variantlar çıxır.

- 04
Nəticə analiz olunur
Kim hansı mövzuda səhv etdi — mövzu-mövzu göstərilir.

Bu modulda nə var
Sual bankı
Mövzu ağacı, çətinlik balansı, şəkilli suallar, dublikat aşkarlama.
Avtomatik qurulma
Qaydaya görə suallar hovuzdan seçilir; bəyənmədikdə yenidən seçilir.
Şablonlar
Hazır imtahan şablonu saxlanılır, sonra bir kliklə yeni imtahan yaranır.
Təkrarsız variantlar
Eyni şablondan çoxlu variant — eyni sual iki tələbəyə düşmür.
Onlayn imtahan
Taymer, avtomatik təhvil, pəncərə dəyişməsinin izlənməsi.
Nəticə analitikası
Bal paylanması, mövzu üzrə zəif nöqtələr, cavab vərəqi.
Necə görünür
Aşağıdakılar real ekranlardır — demo mərkəzin panelindən götürülüb.

Qiymət gözləyən, canlı və bitmiş imtahanlar bir ekranda.

Çətinlik balansı göstərir: neçə asan, neçə orta, neçə çətin sual var.

Şablon bir dəfə qurulur, sonra hər dövr yeni imtahan yaranır.

İmtahandan sonra hansı mövzunun zəif getdiyi rəqəmlə görünür.
Daha nələr var
- Test və açıq cavab sualları
- Şəkilli suallar (kəsmə alətli)
- Dublikat sual aşkarlama
- Sual mənbəyi: öz, müəllim, sistem
- İstifadə olunmamış sualların sayı
- Cavab vərəqi çapı
- Qonaq imtahanı (login-siz link)
- Pəncərə dəyişməsinin izlənməsi
Hər kəs öz faydasını görür
Sahib
Mərkəzin akademik nəticəsini rəqəmlə görür.
Müəllim
İmtahan hazırlamağa saatlar yox, dəqiqələr sərf edir.
Tələbə
Nəticəsini və zəif mövzularını dərhal görür.
Valideyn
Övladının imtahan nəticələrindən xəbərdar olur.
Bu modulla bağlı suallar
- Sualları hardan gətirim?
- Öz suallarınızı yazırsınız və ya faylla köçürürük. Mövzu və çətinliyə görə saxlanılır.
- Eyni sual iki tələbəyə düşərmi?
- Xeyr. Bir şablondan yaranan variantlarda suallar təkrarlanmır.
- Tələbə kopya çəkə bilərmi?
- Sistem imtahan zamanı pəncərə dəyişməsini qeyd edir; nəticədə görünür.