Əsas məzmuna keç
info@etehsil.azDaxil ol

Nə qazandığınızı dəqiq bilin

Gəlir, xərc və qalan mənfəət bir hesabatda. Müəllim maaşı qruplara görə hesablanır, ödəniş təsdiqdən keçir.

İdarə paneli: aylıq gəlir, gecikmiş borc, gross margin və doluluq göstəriciləri
Tanış vəziyyət

Ay sonu sual: nə qaldı?

Gəlir bir dəftərdə, kirayə və kommunal başqa yerdə — həqiqi mənfəət heç vaxt dəqiq bilinmir.

Müəllim maaşını hesablamaq üçün hər qrupun dərslərini əl ilə saymaq lazımdır.

Təkrarlanan xərclər (kirayə, internet) hər ay yenidən yazılır və bəzən unudulur.

Necə işləyir

Gəlirdən mənfəətə qədər

  1. 01

    Gəlir yığılır

    Kassadan keçən ödənişlər avtomatik hesabata düşür.

  2. 02

    Xərc yazılır

    Kateqoriya üzrə xərclər, təkrarlananlar isə özü təkrarlanır.

    Xərclər: kateqoriya üzrə qeydiyyat və cəm
  3. 03

    Maaş hesablanır

    Müəllimin payı qrup və dərslərə görə çıxarılır.

  4. 04

    Mənfəət görünür

    Gəlir − xərc = qalan; dövr seçib müqayisə edirsiniz.

    Maliyyə icmalı: xalis mənfəət və 12 aylıq qrafik
İmkanlar

Bu modulda nə var

Gəlir–xərc hesabatı

Seçilmiş dövr üçün gəlir, xərc və qalan mənfəət.

Xərc kateqoriyaları

Kirayə, kommunal, reklam — öz kateqoriyalarınızı qurursunuz.

Təkrarlanan xərclər

Hər ay təkrarlanan xərc bir dəfə yazılır, sistem xatırladır.

Müəllim maaşı

Qrup və dərslərə görə hesablanır; ödəniş təsdiqdən keçir.

Hesabat ixracı

CSV və PDF — mühasibə göndərmək üçün hazır.

İcazə nəzarəti

Maliyyəni yalnız icazə verdiyiniz işçilər görür.

Ekran turu

Necə görünür

Aşağıdakılar real ekranlardır — demo mərkəzin panelindən götürülüb.

Xalis mənfəət, gəlir, xərc və 12 aylıq qrafik

Dövr seçirsiniz — bu ay, keçən ay, son 3/6/12 ay.

Detallar

Daha nələr var

  • Gəlir kateqoriyaları (imtahan haqqı, kitab satışı...)
  • Xərc kateqoriyalarını özünüz qurursunuz
  • Təkrarlanan xərc (kirayə, internet)
  • Müəllim maaşı qrup və dərsə görə
  • Ödəniş təsdiqi (payout)
  • CSV və PDF ixracı
  • Dövr müqayisəsi
Kimə nə verir

Hər kəs öz faydasını görür

Sahib

Mənfəəti həftələrlə gözləmədən görür.

Mühasib

Hesabatı hazır götürür — akademik məlumat görmədən.

Müəllim

Öz qazancını şəffaf görür.

Resepşn

Ödəniş yığır, ümumi gəliri görmür.

Suallar

Bu modulla bağlı suallar

Gəlir avtomatik düşür?
Bəli, kassadan keçən ödənişlər hesabata özü düşür.
Mühasibim maliyyəni görsün, tələbələri görməsin — olar?
Bəli. Hazır «mühasib» rolu məhz bunu edir.
Müəllim maaşı necə hesablanır?
Qrup və keçilən dərslərə görə; ödəniş sizin təsdiqinizdən keçir.

Bu ayın mənfəətini görün

Gəlir və xərcləri bir yerə yığın.

Pulsuz başla